Ana səhifə > Arxiv, Dünya > Türkiyədə axtarışda olan təhlükəli PKK terrorçusu yaralı halda ələ keçirilib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Türkiyədə axtarışda olan təhlükəli PKK terrorçusu yaralı halda ələ keçirilib


12-07-2018, 10:40. Müəllif: Gulnare
Türkiyədə axtarışda olan təhlükəli PKK terrorçusu yaralı halda ələ keçirilib


Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşebap rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir.

AZƏRTAC xəbər verir ki, terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanaraq zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu "Mehmet Goyi" ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

Antiterror əməliyyatı aparılan ərazidə terrorçulara məxsus silah-sursat və digər ləvazimatlar ələ keçirilib.
Geri qayıt