Ana səhifə > Arxiv, Sosial > Azərbaycan Qlobal İnnovasiya İndeksinin “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticə əldə edib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Azərbaycan Qlobal İnnovasiya İndeksinin “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticə əldə edib


12-07-2018, 10:20. Müəllif: Gulnare
Azərbaycan Qlobal İnnovasiya İndeksinin “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticə əldə edib


126 ölkəni əhatə edən və Kornel Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa), Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksi (Qİİ) – 2018 dərc olunub.



Azərbaycan Əqli Mülkiyyət Agentliyindən APA-ya verilən məlumata görə, nəticələrə əsasən, Azərbaycan “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticəni – 26-cı yeri – 4-cü blokda (“Daxili bazarın inkişafı”) əldə etməyi bacarıb.



“Daxili bazarın inkişafı” blokunun kəsiyi olan investisiyalar göstəricisində Azərbaycan kifayət qədər yüksək mövqeyə - 3-cü yerə sahib olub, “institutlar” blokunun biznes-mühit göstəricisi üzrə isə ölkə 38-ci yerdə məskunlaşıb.



“Universitetlər və sənaye əməkdaşlığı” və “Klaster inkişafı” indikatorları üzrə də Azərbaycan müvafiq olaraq 33 və 34-cü yerləri tutub.



İnnovasiya nəticələri subindeksinin, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı” blokunun “Biliklərin yayılması” indikatorunda isə Azərbaycan 37-ci yerə yüksəlib.



Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan “İnstitutlar”, “İnsan kapitalı və elm”, “Biznesin inkişafı”, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı” blokları üzrə öz mövqelərini xeyli yaxşılaşdırıb
Geri qayıt