Ana səhifə > Arxiv, Siyasət > Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb


12-07-2018, 10:00. Müəllif: Gulnare
Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində bütün tərəfləri Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etməyə çağırıb.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu barədə Aİ-nin diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerininin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra bildirib.

F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib: "Bu kontekstdə vacibdir ki, tərəflər Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etsin".
Geri qayıt