Ana səhifə > Arxiv, İqtisadiyyat > OPEC Konfransının prezidenti: ABŞ neft istehsalını artırmağımızı tələb etməyib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


OPEC Konfransının prezidenti: ABŞ neft istehsalını artırmağımızı tələb etməyib


11-07-2018, 17:15. Müəllif: Gulnare
OPEC Konfransının prezidenti: ABŞ neft istehsalını artırmağımızı tələb etməyib


ABŞ Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) neft hasilatını artırmağı tələb etməyib.

AZƏRTAC “CNN Money”ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei deyib.

“ABŞ bizim üçün vacibdir, amma rəsmi və ya qeyri-rəsmi ABŞ-dan belə bir tələb olmayıb. Mən belə bir təklifin olmadığı qətiyyətlə deyə bilərəm”, - deyə OPEC Konfransının prezidenti bildirib.

Qeyd edək ki, ötən həftə beynəlxalq mətbuatda ABŞ-ın gizli olaraq Səudiyyə Ərəbistanı və OPEC-ə üzv bəzi ölkələrdən neft istehsalını artırmağı istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Bu il iyunun 22-də isə Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclası zamanı OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarı ilə OPEC+ üzrə neft hasilatı hədəf olaraq sutkalıq 1 milyon barrel artırılıb. OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 4-cü görüşündə də hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.
Geri qayıt