Ana səhifə > Arxiv, Son Xəbərlər > Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü


10-07-2018, 16:00. Müəllif: Gulnare
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü


İyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olundu.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Geri qayıt