Ana səhifə > Arxiv, Dünya > Pensiya yaş həddi dəyişdirilir - RUSİYADA

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Pensiya yaş həddi dəyişdirilir - RUSİYADA


13-06-2018, 13:55. Müəllif: Gulnare
Pensiya yaş həddi dəyişdirilir - RUSİYADA


Rusiyada yaxın zamanlarda pensiya islahatları keçirilə bilər.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Prezident qeyd edib ki, pensiya islahatları təqaüdçülərin rifahının artırılması məqsədi daşıyır.

Bununla belə, o, pensiya yaşının artırılması məsələsinə də ehtiyatla yanaşdığını deyib.

Dövlət Dumasında isə durum başqa cürdür. Belə ki, "Ədalətli Rusiya" fraksiyası ölkədə pensiya yaşının artırılması təklifinə qarşı çıxacağını bildirib.

Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 yaş təşkil edir.
Geri qayıt