Ana səhifə > Arxiv, Siyasət > Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaşdır"

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaşdır"


13-06-2018, 12:55. Müəllif: Gulnare
Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaşdır"


Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaş və mühüm oyunçudur.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda keçirilən beynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

Diplomat bildirib ki, Avropanın təhlükəsizliyi enerji təhlükəsizliyi olmadan mümkün deyil:

"Bolqarıstanın məqsədi qonşu ölkələrlə infrastruktur layihələrinin reallaşdırılması planında əməkdaşlığı intensivləşdirmək, regionda qaz şəbəkəsini inkişaf etdirməkdir. Enerji təhlükəsizliyini təmin etmək üçün karbohidrogenlərin nəqli marşrutlarını və tədarük mənbələrini şaxələndirmək, həmçinin uzunmüddətli tədarükü təşkil etmək lazımdır".

N.Yankov qeyd edib ki, Cənub Qaz Dəhlizi bu tələbatlara cavab verir.
Geri qayıt