www.xeberleragentliyi.com > Xəbərin çapa verilməsi> Gülnar Səmanın Latviyada monoqrafiyası çapdan çıxdı
Ana səhifə > Arxiv, Mədəniyyət > Gülnar Səmanın Latviyada monoqrafiyası çapdan çıxdı

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Gülnar Səmanın Latviyada monoqrafiyası çapdan çıxdı


13-06-2018, 11:44. Müəllif: Gulnare
Gülnar Səmanın Latviyada monoqrafiyası çapdan çıxdı


Gülnar Səmanın Latviyanın Riqa şəhərində monoqrafiyası çap olunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi olan Gülnar Vaqif qızı Qasımlı 2014-cü ildən Ədəbi tənqid şöbəsinin doktorantıdır.

Onun Latviyada çap olunan bu kitabı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusu olan müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edir.

Azərbaycan dilində yazılan “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” dissertasiyası rus dilinə tərcümə edilərək “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən yayımlanmışdır./edebiyyatqazeti.az/
Geri qayıt