Ana səhifə > Arxiv, Mədəniyyət > Kamilo Xose Selanın “Seçilmiş əsərləri” çapdan çıxıb

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Kamilo Xose Selanın “Seçilmiş əsərləri” çapdan çıxıb


11-06-2018, 11:34. Müəllif: Gulnare
Kamilo Xose Selanın “Seçilmiş əsərləri” çapdan çıxıb

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” çapdan çıxıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela müxtəlif janrlarda (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində nəşr olunan “Seçilmiş əsərləri”nə dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.
Geri qayıt