Ana səhifə > Arxiv / Hadisə > Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır


28-05-2018, 11:41. Müəllif: Gulnare
Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır


Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

"AZAL-ın J2-122 və J2-020 reysləri ilə səyahət edən sərnişinlər üçün məlumat.

Hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi yubanır.

Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.

Yaranan narahatlığa görə üzr istəyirik", - məlumatda deyilir.
Geri qayıt