Ana səhifə > Arxiv, Təhsil > ADAU-da “İrəvansız 100 il” adlı müzakirə keçirilib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


ADAU-da “İrəvansız 100 il” adlı müzakirə keçirilib


16-05-2018, 17:06. Müəllif: Gulnare
ADAU-da “İrəvansız 100 il” adlı müzakirə keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İrəvansız 100 il” adlı ictimai müzakirə xarakterli tədbir keçirilib.

Xeberleragentliyi.com xeber verir ki, Tədbir Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi ilə birgə təşkil olunub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov indiki Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpaqlarından, o cümlədən İrəvan şəhərinin ermənilərə verilməsindən danışıb. Rektor qeyd edib ki, bu torpaqların Azərbaycan xalqına məxsus olması ölkə başçısı İlham Əliyev tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilmişdir. Cənab Prezidentin: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir” deməsi bu məsələnin aktuallığın bir daha təsdiq edir.

Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin sədri Zaur Qəriboğlu çıxış edərək tədbirin təşkilində göstərilən köməyə görə təşəkkürünü bildirmişdir. O, bildirib ki, təşkilat Azərbaycan Respublikasinin Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün elan etdiyi 1 qrant müsabiqəsində “İrəvansız 100 il mövzusunda tədbirlərin təşkili sosial şəbəkələrdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə iştirak edərək qalib gəlmişdir. Qeyd olunub ki, 2018-ci ildə dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə Cümhuriyyət ili elan olunub. Bu il həm də tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə güzəştə gedilməsinin 100 ili tamam olur. Müzakirənin ADAU-da təşkili həm də o məqsəd daşıyır ki, universitetin inzibati binası Azərbaycan Xalq Cümhuriyyətinin Höküməti və Milli Şurası 3 ay müddətinə məhz burada fəaliyyət göstərmişdir.

Tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, döyüşçü xanım Raddə Abbas, universitetin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Azər Axundov, müəllimi Səbinə Əlizadə tarixli faktlara çıxış edərək Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı bir dövlətin yaradılmasını, İrəvanın güzəştə gedilməsinin xalqımızın tarixində ən faciəli səhifələrdən biri olduğunu qeyd ediblər.

Sonra müəllim və tələbələr məruzələr ətrafında çıxış etmiş, onların sualları cavablandırılmışdır.
Geri qayıt