Ana səhifə > Arxiv, Təhsil > ADAU-nun rektoru Qırğızıstan Milli Aqrar Universitetində keçirilən tədbirlərdə iştirak edib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


ADAU-nun rektoru Qırğızıstan Milli Aqrar Universitetində keçirilən tədbirlərdə iştirak edib


16-05-2018, 17:04. Müəllif: Gulnare
ADAU-nun rektoru Qırğızıstan Milli Aqrar Universitetində keçirilən tədbirlərdə iştirak edib


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Bişkek şəhərində K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetində ali təhsil müəssisəsinin yaranmasının 85 illik yubileyinə həsr olunan tədbirdə və MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının növbəti iclasında iştirak edib. İ.Cəfərov Qırğızstan Milli Aqrar Universitetinin rektoru, professor Rısbek Nurqazıyevi universitetin 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmişdir. Rektor səmimi təbriklərə görə İ.Cəfərova dərin təşəkkürünü bildirmişdir.

Xeberleragentliyi.com xeber verir ki, MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının bu iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın aparıcı ali aqrar təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir. İclas “Qlobal çağırışlar şəraitində aqrar təhsil və elm” mövzusuna həsr olunmuşdur.

Qeyd edək ki, 2013 və 2017-ci illərdə MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının iclasları ADAU-da keçirilmişdir. 2017-ci ildə keçirilmiş iclas çərçivəsində “MDB ölkələrinin aqrar-sənaye kompleksi üçün bitki mühafizəsi və kadr hazırlığı problemləri” mövzusunda konfrans keçirilmişdir.
Geri qayıt