www.xeberleragentliyi.com > Xəbərin çapa verilməsi> Yeni Zelandiyalı mütəxəssis Brian Milestone fəaliyyətini başa vurub
Ana səhifə > Arxiv, Təhsil > Yeni Zelandiyalı mütəxəssis Brian Milestone fəaliyyətini başa vurub

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Yeni Zelandiyalı mütəxəssis Brian Milestone fəaliyyətini başa vurub


16-05-2018, 17:02. Müəllif: Gulnare
Yeni Zelandiyalı mütəxəssis Brian Milestone fəaliyyətini başa vurub


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində universitetdə çalışan Yeni Zelandiyalı mütəxəssis, doktor Brian Milestone fəaliyyətinə yekun vurub. O, universitetdə fəaliyyət göstərdiyi 3 ay müddətində tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, birgə müayinələrin və əməliyyatların aparılması, fermer təsərrüfatlarına səfərlər çərçivəsində səmərəli işlər görüldüyünü bildirib. Universitetdə yaradılmış şəraitə görə təşəkkürünü bildirən Brian Milestone əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Xeberleragentliyi.com xeber verir ki, Səmərəli fəaliyyətinə görə qonağa dərin minnətdarlığını bildirən baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərov universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Təşəkkürnaməsini ona təqdim edib.
Geri qayıt