Ana səhifə > Arxiv, Təhsil > ADAU-nun idmançı tələbələri ilə görüş keçirilib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


ADAU-nun idmançı tələbələri ilə görüş keçirilib


16-05-2018, 16:42. Müəllif: Gulnare
ADAU-nun idmançı tələbələri ilə görüş keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova təhsil müəssisəsinin idman şərəfini qoruyan tələbələrlə görüş keçirib.

Xeberleragentliyi.com xeber verir ki, Mühəndislik korpusunun idman zalında keçirilən görüşdə prorektor A.Qasımova Azərbaycanın dünyada həm də idman ölkəsi kimi də tanınmasından danışıb, idmanın inkişafına, gənclərin fiziki sağlamlığına dövlətin göstərdiyi qayğıdan söz açıb. Bildirib ki, ölkə başçısının gənclər siyasəti idman sahəsində də yüksək nəticələr verib. Təkcə universitetimizdə yaradılan idman zalları və meydançaları burda yerləşdirilən trinajor və avadanlıqlar imkan verir ki, tələbələr fiziki sağlamlığını möhkəmlətsin və idman yarışlarında layiqli yer tutsun.

Görüşdə çıxış edən tələb və müəllimlər universitetin idman həyatından danışıb, yaradılan tam şərait üçün təşəkkürlərini biliriblər.

Sonda universitetin idman şərəfini qoruyan bir qrup tələbəyə fəxri fərman verilib.
Geri qayıt