www.xeberleragentliyi.com > Xəbərin çapa verilməsi> Qazanılmış qələbə şərəfinə universitetdə qurbanlar kəsilir
Ana səhifə > Arxiv, Təhsil > Qazanılmış qələbə şərəfinə universitetdə qurbanlar kəsilir

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Qazanılmış qələbə şərəfinə universitetdə qurbanlar kəsilir


16-05-2018, 16:07. Müəllif: Gulnare
Qazanılmış qələbə şərəfinə universitetdə qurbanlar kəsilir


Müstəqil Azərbaycanın tarixində keçirilmiş növbəti prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qələbəsini Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bütün müəllim və tələbə heyəti böyük sevinclə qarşılayır. Keçirilmiş seçkilərdə cənab İlham Əliyevin 3 milyon 192 min 522 səslə, 86 faizlə növbəti dəfə prezident seçilməsi xalqımızın öz xoşbəxt gələcəyinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişə, dinamik inkişafa və əmin-amanlığa səs verməsinin nəticəsidir.

Xeberleragentliyi.com xeber verir ki, Cənab prezident xalqa müraciətində qeyd etmişdi: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq." Bəli, bütün bunlar ölkəmzdə xalq-iqtiidar birliyinin təzahürüdür.

Qeyd edək ki, qazanılmış qələbə münasibətilə ADAU-da silsilə tədbirlər keçirilir, qurbanlar kəsilir. İnzibati binada çalışan işçilərlə görüşlə başlayan tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək qeyd edib ki, cənab İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində təhsil müəssisəsinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulmuş, iki tələbə evi gənclərimizin istifadəsinə verilmişdir. 2016 və 2017-ci illərdə cənab İlham Əliyevin universitetin tələbə evlərinin açılışında iştirak etməsi, müasir laboratoriyaların, avadanlıqların alınması, tədris korpuslarının istifadəyə verilməsi universitet kollektivi tərəfindən çox yüksək qiymətləndirilir. Universitetimizin hər bir əməkdaşı və hər bir tələbəsi bu diqqət və qayğını daim hiss edir. Bütün müəllimlər, laborant-texniki heyətin üzvləri, tələbələr qazanılmış qələbənin sevincini böyük coşqu ilə qarşılayırlar.

Görüşdə inizibati binada çalışan işçilərin əmək haqlarının artırılması barədə qərar qəbul olunub. Kəsilməkdə olan qurbanlar isə universitetin texniki işçiləri arasında paylanılır. Növbəti tədbirlər isə qələbə sevincini bölüşən tələbələrə həsr olunacaq.
Geri qayıt