Ana səhifə > Arxiv / Siyasət > Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub


26-04-2018, 11:00. Müəllif: Gulnare
Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu N.Patruşevin mətbuat katibi Yevgeniy Anoşin deyib.

Y.Anoşin qeyd edib ki, orden Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin IX beynəlxalq görüşü çərçivəsində təqdim edilib:

"Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya Prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Y.Anoşin deyib.
Geri qayıt