Ana səhifə > Arxiv, Siyasət > Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir


23-04-2018, 23:45. Müəllif: Gulnare
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir


Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz bundan sonra da ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, beynəlxalq birlikdə layiqincə təmsil olunmasına, dövlətlərimiz arasında qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir.

Ümidvarıq ki, Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq, o cümlədən parlamentlər səviyyəsində əlaqələr dost ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə uğurla davam edəcək və genişlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə səmimi qəlbdən səmərəli və məhsuldar fəaliyyət, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıram".

XXX

Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipovdan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib:

"Zati-aliləri, cənab Prezident. Əziz İlham Heydər oğlu. Xalqınızın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əliyevlər ailəsi, Prezident İlham Əliyev - Azərbaycan xalqının mühüm rəmzləridir. Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz.

Cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uğurlar və rifah arzulayıram".

XXX

Gürcüstanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri David Aptsiauridən:

"Əziz İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı Sizə səs verməklə şəxsən Zati-alinizə, həmçinin Azərbaycan rəhbərliyinin daxili və xarici siyasət kursuna dərin etimad və ehtiramını əyani sübut etdi.

Şadam ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrini Siz və ailəniz ləyaqətlə və şərəflə davam etdirirsiniz.

Məmnunluqla qeyd edim ki, hazırda çalışdığım Çində Azərbaycanın nüfuzu durmadan artmaqdadır.

Tələbəlik illərimizi hər zaman xoş xatirələrlə yada salır, həyatımızın müxtəlif mərhələlərindəki dostcasına görüşlərimizi səmimi duyğularla xatırlayıram. Daimi diqqətinizə və əvəzsiz dəstəyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim.

Sizə, gözəl və istedadlı ailənizə qardaş Azərbaycanın rifahı naminə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm".

XXX

Gürcüstanın Marneuli Bələdiyyəsinin meri Temur Abazovdan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib:

"Möhtərəm Prezident. Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə Sizi Marneuli əhalisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Düşünürəm ki, Azərbaycan xalqı öz seçimi ilə inkişafa doğru daha bir əhəmiyyətli addım atdı. Bu da, əlbəttə ki, ölkənin firavanlığına və inkişafına dəstəkdir.

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz Gürcüstan və Azərbaycan arasında tarixən yaranmış ənənəvi dostluq əlaqələrinin inkişafına və xalqlarımızın firavan yaşamasına xidmət edəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə xüsusi bağlantılarım var. Belə ki, Gürcüstan hakimiyyətinin rəsmi missiyası ilə bir neçə il Azərbaycanda fəaliyyət göstərmişəm. Məhz bu səbəbdən Azərbaycanda davam edən əhəmiyyətli prosesləri böyük maraqla izləyirəm.

Cənab Prezident, Sizi parlaq qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram".

XXX

Türkiyənin sabiq enerji və təbii sərvətlər naziri və Baş nazirin sabiq müavini Cumhur Ersümerdən:

"Hörmətli cənab Prezident. Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə qardaş Azərbaycan xalqının Sizə bəslədiyi sevgi və ehtiramla yanaşı, verdiyi böyük dəstəyin göstəricisidir.

Atanız, möhtərəm dostum Heydər Əliyevin siyasətini davam etdirərək təhvil aldığınız bayrağı zirvəyə qaldırmağınızı, yürütdüyünüz siyasət və həyata keçirdiyiniz nəhəng layihələrlə Azərbaycanı etimad və sabitlik şəraitində inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltməyinizi böyük məmnunluq və qürurla izləyirəm.

Sizi bir daha təbrik edir, qarşıdakı yeni dövrün Sizə, ailənizə və bütün qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, uğurlar gətirməsini diləyir, dərin ehtiramımı bildirirəm" .

XXX

Rusiya Federasiyasının "Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının sədri Çingiz İsayevdən:

"Çox hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın "Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz və səyləriniz sayəsində Azərbaycan Respublikası gündən-günə inkişaf edir, sosial, iqtisadi və dini-mənəvi sahələrdə yeni-yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcək maraqlarına cavab verən mühüm dövlət islahatlarını uğurla həyata keçirirsiniz. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə Sizin verdiyiniz töhfəni yüksək dəyərləndiririk.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının vilayətləri arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq".

XXX

Hindistan Prezidenti Ram Nat Kovinddən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib:

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Hindistan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq duyuram.

Hindistan və Azərbaycan arasındakı dostluq münasibətləri sıx tarixi əlaqələrə və bir çox sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanır. Əminəm ki, birgə səylərimiz ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və ümumi maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Türk Dünyası Atatürk Liseyinin müdiri Hüseyin Dəmirəldən:

"Möhtərəm Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı və əmin-amanlıq diləyirəm. Yeni prezidentlik dönəmi Sizə, ailənizə, Azərbaycana və bütün türk dünyasına çox düşərli olsun!"

XXX

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:

"Çox hörmətli İlham Heydər oğlu. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kollektivi adından təbrik edim.

Prezident seçkilərində son dərəcə inamlı qələbəniz Sizin həm Azərbaycan xalqı arasında, həm də beynəlxalq aləmdə böyük hörmət qazanmış dövlət xadimi və siyasətçi kimi yüksək nüfuzunuzu təsdiqləyir. Əminəm ki, Sizin yaratdığınız quruculuq potensialı əvvəllər əldə edilmiş nəticələri yeni mərhələdə daha da artırmağa, Sizə etibar edilmiş dövlətin gələcək siyasi və sosial-iqtisadi inkişafı yolunda genişmiqyaslı layihələri həyata keçirməyə imkan verəcək.

Səmimi qəlbdən ümidvar olduğumu bildirirəm ki, Azərbaycan Respublikası ilə Moskva Dövlət Universiteti arasında sıx münasibətlər qorunub saxlanılacaq və möhkəmlənəcək. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə elmin və təhsilin, dövlətlərimiz arasında sülhün və harmoniyanın inkişafına xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə cansağlığı və məsul vəzifənizdə uğurlar, Azərbaycan Respublikasının xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".

XXX

Belçikalıların Kralı Filipdən:

"Zati-aliləri. Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Ölkələrimizi birləşdirən dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın rifahı və bütün soydaşlarınızın xoşbəxtliyi üçün ən xoş arzularımı çatdırıram".

XXX

Rusiyanın Mejdureçensk şəhərində fəaliyyət göstərən Yaradıcılıq İnnovasiya Mərkəzinin direktoru Sergey Mixaylovdan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Azərbaycana uğurlar və tərəqqi arzulayırıq".

XXX

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanqından Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Aprelin 11-də keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə bütün Azərbaycan xalqının yaşadığı böyük qürur, iftixar, sevinc hissinə və əsl bayram coşqusuna qoşularaq Sizi ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyi, tərəqqisi və yüksəlişi naminə daha möhtəşəm uğurlar və zəfərlər diləyirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının iqtisadiyyatının və sosial sahənin modernləşdirilməsi yolu ilə inamlı irəliləyiş siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan uğurlar arzulayırıq.

Sizin fədakarlığınız və məharətiniz sayəsində sabitlik və tərəqqi rəmzinə çevrilmiş Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, vətəndaşların sosial müdafiəsi və maddi rifahı yüksəlir, onlar sabahı inamla qarşılayırlar. Qürurvericidir ki, ölkənin iqtisadi inkişafı nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Bu nailiyyətlər torpaqlarımızın işğaldan tam azad ediləcəyi, Azərbaycan bayrağının Qarabağda dalğalanacağı günün heç də uzaqda olmadığına inamımızı daha da artırır. Bütün bunlar hər birimizdə fəxarət hissi doğurmaqla Sizə dərin hörmət və sonsuz ümumxalq sevgisi qazandırır.

Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafına Siz xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyimiz barədə Sizi əmin etmək istəyirik.

Bu xoş fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, Vətənimizin işıqlı sabahları naminə bütün zirvələri fəth etməyi diləyirik".

XXX

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycridən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Gözəl ölkənizdə əldə etdiyiniz misilsiz nailiyyətlərə görə Sizi təbrik etməkdən şərəf duyur və Qüdrətli Allahdan xalqınızın daha böyük tərəqqi arzularını yerinə yetirmək üçün ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri Tarqan Ekizdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Siz Azərbaycanın iqtisadi qüdrətini, müstəqilliyini daha da möhkəmləndirərək ölkəyə yeni uğurlar qazandıracaqsınız".

XXX

UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuradan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan ilə Yaponiya arasında mövcud olan səmimi ikitərəfli əlaqələrin möhkəmləndirilməsində böyük səylərinizi vurğulamaq istərdim.

Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi istiqamətində ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

XXX

"Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədri, baş direktor Cenk Yükseldən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə "Yapı Kredi Bank Azərbaycan" adından təbrik edirik. Sizin yorulmaz səyləriniz, uzaqgörənliyiniz və apardığınız siyasət sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə uğurlar qazanmışdır.

Bu xoş fürsətdən istifadə edib, Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və qardaş Azərbaycan xalqına rifah arzu edirəm".
Geri qayıt