Ana səhifə > Arxiv, Son Xəbərlər, Hadisə > Bir sıra rayonlarda təhsil infrastrukturunun inkişafına 5,05 milyon manat ayrılıb

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Bir sıra rayonlarda təhsil infrastrukturunun inkişafına 5,05 milyon manat ayrılıb


9-03-2018, 16:44. Müəllif: Anar
Bir sıra rayonlarda təhsil infrastrukturunun inkişafına 5,05 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılıb.



Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Geri qayıt