Ana səhifə > Arxiv, Son Xəbərlər, Hadisə > Müdafiə Nazirliyində xidməti müşavirə - Zakir Həsənov komandir və rəis heyətinə tapşırıqlar verdi

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Müdafiə Nazirliyində xidməti müşavirə - Zakir Həsənov komandir və rəis heyətinə tapşırıqlar verdi


8-01-2018, 15:10. Müəllif: Anar
Müdafiə Nazirliyində xidməti müşavirə - Zakir Həsənov komandir və rəis heyətinə tapşırıqlar verdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər kateqoriyalardan olan məsul zabitlər də cəlb olunub.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirilən fikirləri, eləcə də Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları xüsusi qeyd edən nazir, 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini apararaq cari ildə qarşıda duran vəzifələri bir daha şəxsi heyətin diqqətinə çatdırıb.

General-polkovnik Z.Həsənov yeni tədris dövrünə hazırlıq məqsədilə qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.
Geri qayıt