Ana səhifə > Arxiv, Son Xəbərlər, Hadisə > Prezident 2018-ci il dövlət büdcəsini təsdiqləyib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Prezident 2018-ci il dövlət büdcəsini təsdiqləyib


25-12-2017, 19:07. Müəllif: Anar
Prezident 2018-ci il dövlət büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.


2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib. Mərkəzləşdirilmiş gəlirlər 19 473 650,0 min manat, yerli gəlirlər 653 350,0 min manat, mərkəzləşdirilmiş xərclər 20 323 075,0 min manat, yerli xərclər 723 925,0 min manat müəyyənləşdirilib.



Qanuna əsasən, dövlət büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:



Ümumi dövlət xidmətləri 3.622.839.062,0, müdafiə 2.738.721.836,0, təhsil 2.001.978.015,0, səhiyyə 739.334.330,0, sosial müdafiə və sosial təminat 2.197.182.103,0, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 656.259.888,0, sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0, nəqliyyat və rabitə 166.790.678,0 manat və sair.
Geri qayıt