Ana səhifə > Arxiv, Son Xəbərlər, Dünya > Münhen Təhlükəsizlik Konfransı başlayıb

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Münhen Təhlükəsizlik Konfransı başlayıb


18-02-2017, 12:50. Müəllif: Anar
Münhen Təhlükəsizlik Konfransı başlayıb


Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb.

APA-nın xəbərinə görə, konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.

Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Geri qayıt