DataLife Engine / Trampın “Evdə tək- 2” filmindən çıxarılması tələb olunur

Trampın “Evdə tək- 2” filmindən çıxarılması tələb olunur




Trampın “Evdə tək- 2” filmindən çıxarılması tələb olunur
"Evdə tək” və "Evdə tək 2” filmlərində rol alan aktyor Makoley Kalkin ABŞ-ın hazırkı Prezidenti Donald Trampın çəkildiyi "Evdə tək-2” filmində yer alan səhnəsinin çıxarılması ilə bağlı təklifi dəstəkləyib.

Sfera.az xəbər verir ki, tvitter sosial şəbəkəsində istifadəçilərdən biri Trampın filmdə rol aldığı otel lobisindəki səhnədən çıxarılaraq redaktə edilmiş versiyanı yerləşdirib.

Kalkin bu təşəbbüsü "Bravo!”, - deyə şərh edib. Bundan əlavə, aktyor "Evdə tək 2”də Trampın 40 yaşlı Makoley Kalkin ilə əvəzlənməsi üçün edilən petisiya çağırışını da dəstəkləyib.
14-01-2021, 18:39
Geri dön