DataLife Engine / Əcnəbilərin Azərbaycanda qalma icazələri ilə bağlı müraciətlərində KƏSKİN ARTIM

Əcnəbilərin Azərbaycanda qalma icazələri ilə bağlı müraciətlərində KƏSKİN ARTIM

Əcnəbilərin Azərbaycanda qalma icazələri ilə bağlı müraciətlərində KƏSKİN ARTIM


“Ölkədə müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında artım qeydə alınıb”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ildə 12 599 nəfər elektron xidmətlərə müraciət edib:

“2019-cu ildə is bu rəqəm 1 475 nəfər təşkil edib. Elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə olunur”.

“ASAN Xidmət”in tərtib etdiyi xidmət indeksinə əsasən, Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticə - 85,54 faiz göstərib”, - deyə o qeyd edib.

14-01-2021, 11:24
Geri dön