DataLife Engine / Ölkədə pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb

Ölkədə pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb

Ölkədə pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb

Dekabrın 1-nə olan göstəricilərə əsasən Azərbaycanda geniş pul kütləsinin həcmi 27 milyard 147,1 milyon manat olub.

Xeberleragentliyi.com Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu rəqəm ilin əvvəli ilə müqayisədə 4,8 faiz az, ötən aya nisbətən 0,7 faiz çox olub.

Ölkədəki geniş pul kütləsinin manatla həcmi isə 18 milyard 613,8 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə manatla olan geniş pul kütləsinin həcmi 3,7 faiz, əvvəlki ay ilə müqayisədə 0,2 faiz artıb.

Eləcə də, Azərbaycanın xalis xarici aktivlərinin həcmi 17 milyard 744,1 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bu, 0,4 faiz az, öncəki aya nisbətən isə 11 faiz çoxdur.

Bankın xalis daxili aktivlərinin həcmi isə 9 milyard 403 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 12,2 faiz, əvvəlki ayın sonuna olan göstəricilərlə müqayisədə isə 14,2 faiz azdır.

Noyabr ayının sonuna qədər Azərbaycan manatının dövretmə sürəti 3.79 bənd təşkil edib. Bu göstərici əvvəlki ay 3.78 bənd olub. İlin əvvəli isə manatın dövretmə sürəti 4.36 bənd təşkil edib.
26-12-2020, 14:25
Geri dön