DataLife Engine / Tariximizin ən şərəfli səhifəsi

Tariximizin ən şərəfli səhifəsi

Tariximizin ən şərəfli səhifəsi


Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri çox qısa müddətdə bir-birinin ardınca torpaqlarımızı işğalçılardan təmizləyir. Füzuli və Cəbrayılın Zəngilanı ardınca Qubadlını da düşmən tapdağından azad edilməsi bütün Azərbaycan xalqı kimi, məni də hədsiz sevindirir. Bu tarixi qələbəmiz münasibətilə qalib Prezidentimizi, xalqımızı və bütün zəngilanlıları təbrik edirəm.

Bu gün Azərbaycan Ordusunun qazandığı uğurların Prezident İlham Əliyevin həm siyasi, hərbi, diplomatik, həm də iqtisadi sahədə apardığı məqsədyönlü fəaliyyətinin nəticələri olduğunu qeyd edən deputat bildirib: “Azərbaycan xalqı yaxşı bilir ki, 1988-ci ildən 1993-cü ilin oktyabrın 29-dək qəhrəman zəngilanlılar bütün çətinliklərə və təhlükələrə baxmayaraq, riyakar düşmənlə üzbəüz, onun hücumlarına mərdliklə sinə gərərək, son ana qədər qəhrəmanlıq göstəriblər. Ermənilər Zəngilanda da Xocalı soyqırımının bənzərini törətməyə cəhd etsələr də, Zəngilan alayının qəhrəman əsgər və zabitləri əsl vətənpərvərlik nümunəsi göstərərək, düşmənin çirkin niyyətini həyata keçirməsinə imkan verməyiblər”.

Həmin çətin anlarda ümummilli liderimiz Heydər Əliyevin səyi, diqqəti və qayğısı nəticəsində İran İslam Respublikasının Prezidenti ilə aparılan danışıqlar nəticəsində Araz çayının suyu azaldılıb və zəngilanlıların Araz çayından bu ölkəyə keçərək təhlükəsizliyi təmin olunmuşdu. Həmin məşəqqətli anlarda yüzlərcə qəhrəman döyüşçüləri və Zəngilanın mülki əhalisi faciəli şəkildə həlak olsalar da, minlərlə həmvətənimiz Bakıya pənah gətirdi. Zəngilanlılar dövlətimizin diqqət və qayğısı sayəsində yaşayıb işləyərək, öz doğma yurd-yuvalarına qayıtmalarını gününü səbirsizliklə gözlədilər. Həmin gün gəlib çatdı.

“Bu gün hər birimizin qəlbi qürur hissi ilə döyünür. Müstəqilliyimizi elan etsək də, onun tam şirinliyini dadmağa imkan vermədilər. Amma Azərbaycan öz qəti mövqeyini ortaya qoyaraq öz haqq səsini ucaltdı və sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu düşməni növbəti hərbi təxribatına cavab olaraq öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəyə qoşuldu. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və ona güvənir.

Bu gün müzəffər Azərbaycan Ordusu 30 ildən artıqdır ki, kağız üzərində qalan BMT qətnamələrinin icrasını yerinə yetirir. Yaşasın Prezidentimiz, xalqımız və şanlı Ordumuz!

Eldar Yunusov
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər
Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri

Tariximizin ən şərəfli səhifəsi
Tariximizin ən şərəfli səhifəsi
Tariximizin ən şərəfli səhifəsi
Tariximizin ən şərəfli səhifəsi
28-10-2020, 09:36
Geri dön