DataLife Engine / İlham Əliyev: “Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir”

İlham Əliyev: “Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir”

İlham Əliyev: “Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir”

“Azərbaycan ordusu, bütün Azərbaycan xalqı bir amal altında birləşib. Gedən döyüşlərdə rəşadətli Azərbaycan ordusu düşmənlərimizi bizim torpaqlarımızdan qovur”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, müzəffər Azərbaycan ordusu hər gün yeni məntəqələri düşmən işğalından azad edir:

“Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir.

Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbələr vurulur. Biz onlara demişik, onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasa, biz onları iti qovan kimi qovacağıq”.

17-10-2020, 11:14
Geri dön