DataLife Engine / Azərbaycanda koronavirusa ən çox və ən az yoluxan bölgələr - SİYAHI

Azərbaycanda koronavirusa ən çox və ən az yoluxan bölgələr - SİYAHI


Azərbaycanda koronavirusa ən çox və ən az yoluxan bölgələr - SİYAHI
Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.koronavirusinfo.az xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın 56 faizlə Bakıda qeydə alındığını göstərir.

Sonrakı yerlərdə 15,2 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,3 faizlə Gəncə-Qazax, 4,2 faizlə Lənkəran, 2,2 faizlə Quba-Xaçmaz, 2 faizlə Şəki-Zaqatala, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,10 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Bundan əvvəlki göstəricilərdə Naxçıvanda yoluxma səviyyəsi 0,4 səviyyəsində idi.

Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər vəfat edib.

5-10-2020, 10:19
Geri dön