DataLife Engine / ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb

ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb

ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb
Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 5 gündür ki, davam edir.

Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükləri xalqda böyük ruh yüksəkliyi yaradır.Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət müəssisələri, şirkətlər və s. də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

ADAU-nun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu nəcib təşəbbüsə Azərbaycan Dövlət Aqrar Universiteti də qoşulub.

2-10-2020, 22:52
Geri dön