www.xeberleragentliyi.com > Xəbərin çapa verilməsi> Günün qoroskopu: yaşamı yaxsı etmək ücün nə etməli?
Ana səhifə > Arxiv, Son Xəbərlər > Günün qoroskopu: yaşamı yaxsı etmək ücün nə etməli?

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Günün qoroskopu: yaşamı yaxsı etmək ücün nə etməli?


26-01-2013, 00:12. Müəllif: Kürsüm
Günün qoroskopu: yaşamı yaxsı etmək ücün nə etməli?

Qoç - tələskənliyə və qaçdı-qovduya yol vermədən aramla işinizi görün. Su damlasının qayanı dəldiyini unutmayın. Başladığınız işi yarımçıq qoymayın, tamamlayın. Günəş, Oxatan və Merkurinin münasibətləri günə fəallıq, mütəhərriklik gətirəcək. Gözlənilməz fikir, görüş, əlaqənin bərpası mümkündür.

Ay və Mars arasındakı münasibətlər gərgin olduğundan ətrafınızdakı adamların bəziləri sizi qıcıqlandıracaq. Münasibətləri gərməyin. Hər şey yoluna düşəcək.

Axşam saatlarında yaxşıca dincəlmək, nəfəs almaq imkanınız var.
Hansısa məsələnin sizdən daha çox diqqət və səy tələb etməsi istisna olunmur. Şərtlərin diqtəsi sizə yeni, maraqlı yol vəd edir.

Buğa - Ay, Neptun ilə Dolça arasındakı münasibətlər sizdən bu gün sayıq olmağı tələb edir. Ayın yaşam proqramının bünövrəsi indi qoyulur.

Ciddi işə hazırlaşın.
Dəbdən çıxmış əşyalar, gərəksiz nəsnələr, yorucu əlaqələr və mənasız insanlardan qurtulun.
Alış-veriş üçün əlverişli gün deyil.

Axşam saatlarında istirahət üçün vaxt və imkan tapın.
Hava imkan versə, maraqlı məkanda dincəlin. Sevdiyiniz insanla olun, heç yerə tələsməyin.

Əkizlər - işlərdəki qısa sakitlik, fasilə şəxsi həyata daha çox diqqət ayırmağa imkan verəcək. Rahat, rəvan rejimin önəmi artır.

Yaşamın xırdalıqlarına diqqət yetirin.
Evdə və işdə qayda yaratmaq pis deyil. Lakin əsas məsələ fikir və düşüncələrdə, istək və məramlarda nizamın olmasıdır.

Gələn həftə baş verəcək işlər sizdən prioritetləri indidən müəyyənləşdirməyi tələb edir. Hadisələrin qəfil inkişafına və axınına fikir verin. Bu nişanələr pozitiv dəyişikliklərin carçılarıdır.
Boğaz, qalxanabənzər vəz və mədənizi qoruyun. Özünüzü soyuğa verməyin.

Xərçəng - ailə və ev qayğıları üçün əlverişli gündür. Evdəki müəyyən qaydasızlığın öhdəsindən gəlsəniz, özünüzü rahat hiss edərsiniz. Yeniliklər üçün məkan hazırlayın. İstənilən formada fiziki aktivlik faydalıdır.

Dostları qonaq çağırmaq, bir qədər istirahət etmək olar.
Bilik və intellektinizi nümayiş etdirə bilərsiniz. Əsas məsələ gərəkli vaxtda gərəkli yerdə olmaqdır.

Bu gündən çox nəticə gözləməyin. Sadəcə, həzz alaraq yaşayın, sevdiyiniz insanlarla səmimi və gülərüz olun.
Axşam saatlarına yaxın gərginlik artacaq. Heç kimlə münaqişə etməyin, təmasları gərməyin.

Şir - gün gərgin təsir bağışlaya bilər. Kiminsə mövqeyini, nəzər-nöqtəsini dəyişmək, ona gerçəyi başa salmaq çox çətin olacaq. Tam haqlı olsanız da, sizi anlamayacaq, dediyini deyəcək.
Lakin yaxşı və keyfiyyətli iş görmək üçün keyfiyyətli gündür. Tapşırığı tərəfdaş, iş yoldaşı ilə bölüşə bilərsiniz.

Fiziki iş düşərlidir. Keyfiyyətli, vitaminli qida qəbul edin.
Küçədən heç bir halda tərkibində ət olan nə isə alıb yeməyin.
Yaxın insanın davranışını dərindən, ciddi təhlil etməyin.

Hisslər, razılıq, məmnunluğa, birgə maraqlar və macəraya istiqamətlənin.
İşdə ciddi və köklü dəyişikliklər etməyə tələsməyin.

Qız - tələsmədən çalışın, yaxşı tanıdığınz insanlar və ya dostlarla ünsiyyətə üstünlük verin. Özünüzü əmin hiss etmək üçün indi ətrafınızdakı məkanda daha çox qaydaya ehtiyac duyulur.
Kiçik təmirlə məşğul olun, əşyaları yerbəyer edin.

Bu gün ağlınıza gələcək ideyalar arasında ən dəyərlisini seçin və irəliyə doğru tələsmədən irəliləyin. Gərəkli məlumatı əldə etməyə, ətrafınızda sizi dəstəkləyən insanlar qrupu formalaşdırmağa çalışın.

Axşam saatlarında görüşdən imtina edin, rahat istirahət üçün şərait yaradın.

Tərəzi - birmənalı olmayan gündür. Ulduzlar sizdən işə və istirahətə ciddi yanaşmağı tələb edir. İş maraqlıdırsa, tələsməyin. Yaxşı və ən başlıcası, sizi qane edəcək nəticələr əldə etməyə çalışın.

Hansısa gərginlik mənbəyi gün ərzində sizə narahatlıq verə bilər. Qətiyyətli, konstruktiv addımlar atın.
Gərginlik axşam saatlarında pik həddinə çatacaq. Müdrik olun, addım və ya qərarınızın sonrakı nəticəsini düşünün.

Axşam saatları aktiv istirahət, günün yorğunluq və gərginliyinin unudulmasına yönəlmiş əməllər vaxtı olsun.

Əqrəb - evdə, ailədə həllini tələb edən qayğılar, məsələlər yaranır. Onların bəziləri xoş məqamlarla bağlı olsalar da, ağırlıq çox olacaq. Çətinliklər bu günlə bitməyəcək.

Yaşam ərazinizi qaydaya salın, ailə üzvlərindən birinin izhar etdiyi problemi çözün. Özünüzlə müqayisədə başqası üçün daha çox çalışmağın gərəkdiyi gündür.

Axşam saatlarına yaxın gərginlik yaranacaq. Hansısa şəxs və ya baş verəcək hadisə əsəblərinizi tarıma çəkərək səbrinizi yoxlaya bilər.

Tərəfdaş, ya da iş yoldaşı ilə fikir ayrılığı yaranacaq. Sizi razı salmayan arqumentləri səbrlə dinləyin. Dəyər verdiyiniz insanla münasibətləri pozmayın.

Oxatan - səhər saatlarından etibarən fəaliyyət tempini bir qədər aşağı salın, hissiyatınıza inanın, yaxın günlərlə bağlı plan hazırlayın. İşdə hər şeyi dəqiq, tələsmədən, detallara varmaqla edin.

Fiziki iş, təmir, maraqlarınız və ya hobbiniz üçün avadanlıq, alət alınması üçün əlverişli gündür.
İlk baxışdan cazibədar təklif alacaqsınız. Lakin o təklifi qəbul etsəniz, prinsiplərinizdən keçməli, zülmə baş əyməli olacaqsınız.

Yaxşı düşünün: sonradan peşman olmamaq üçün tələsməyin.
Ağır da olsa, mənəviyyatlı yaşam bəzi təklifləri qəbul etməkdən daha üstündür.
Maraqlarınızı bölüşən insanla, dostla ünsiyyətdən həzz alacaqsınız.

Səhhətinizlə bağlı məsələlərə xüsusi diqqət ayırın.

Oğlaq - bu günü maraqlandığınız, can atdığınız, başa vurmaq istədiyiniz işə həsr edin. Səylərinizi tənzimləyin, çünki istəsəniz belə, mühüm işlə məşğul ola bilməyəcəksiniz. Ətrafda baş verənlərə diqqətlə baxın. İnformasiya alınması, sonradan faydalı ola biləcək tanışlıq və söhbət istisna deyil.
Dostlarla görüş, müzakirə gərəkdir.

Yalnız ehtiyac yaranarsa, böyuk məbləğdə alış-veriş edin. Qiymətə aldanmayın, aldığınız malın keyfiyyətini mütləq yoxlayın.
Şəxsi münsibətlərdə hisslərin çulğalaşması xoş təəssüratlar yarada bilər.

Axşamı evdə, dörd divar arxasında keçirməyin. Divarların arasındakı yaşam təhlükəsizdir, amma həyat belə davam edərsə, ətalət sizi üstələyər.

Yaxınlarla münasibətlərin aydınlaşdırılmasını sabaha saxlayın.

Dolça - günü sakit şəraitdə keçirin. İşlə bağlı maraqların tədricən arxa plana keçdiyini və evə, ailəyə daha çox diqqət ayırmaq istədiyinizi hiss edəcəksiniz.

Ailə qayğıları ilə məşğul olmaq sizə rahatlıq gətirəcək. Bəli, nə qədər paradoksal olsa da, belədir.

Özünüzə diqqət ayırın. Maraqlı insanlarla ünsiyyətdə olun, baş verənlərə laqeyd qalmayın.
Qarşılıqlı münasibətləri möhkəmləndirin, ailə üzvləri ilə məsləhətləşin.
Təsərrüfat işlərini bu gün başa vurun, çünki sabah onlar sizi önəmli məsələdən ayırmamalıdır.

Balıqlar - maddi problemləriniz var və onları qismən də olsa, həll etməyə çalışın. Tələsməyə ehtiyac yoxdur. işlərinizin avand olmasına şərait yaradacaq rejimə riayət edin.
Fiziki iş düşərlidir.

İşlər çox olduğundan, qayğıların sayını artırmayın.

Axşam saatlarını imkan olarsa, açıq havada keçirin. Amma özünüzü soyuğa verməyin.
Kommunal problemlər ola bilər. Haqsızlığa laqeyd qalmayın, çünki sussanız, problemlər daha da artacaq.

Geri qayıt