Ana səhifə > Arxiv / Siyasət > Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO


19-09-2020, 17:39. Müəllif: cavidan
Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO


“Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft daşları” ilə bağlı olacaq”.

Bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi zamanı deyib.

“Mən xatırlayıram, “Neft daşları”na ilk dəfə Prezident kimi 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi”, - deyə dövlət başçısı qeyd edib.



Geri qayıt