DataLife Engine / Fermerlərə subsidiyaların verilməsi davam etdirilir

Fermerlərə subsidiyaların verilməsi davam etdirilir

Fermerlərə subsidiyaların verilməsi davam etdirilir
Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya
ödəyib. Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, bu məbləğin 17
milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.
Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. Bu fermerlərin
19515 nəfəri pambıq istehsalçısıdır.
Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27910 fermerə 4 525 500 subsidiya
ödənilib.
19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000
manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.
Ölkəmizin 30 rayonundan olan 3382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram
barama təhvil verərək, 1.4 milyon manat məbləğində dövlət subsidiyası alıb.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət
subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması
üzərindən müraciət və təsdiq əsasında, Fermer Kartlarına köçürməklə verilir. Bugünədək
EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil
olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 milyon manat subsidiya ödəyib
16-09-2020, 15:48
Geri dön