DataLife Engine / Tanınmış alimin kitabı nəşr olundu

Tanınmış alimin kitabı nəşr olundu

Tanınmış alimin kitabı nəşr olundu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynovun müəllifi olduğu "Beynəlxalq humanitar hüquq" adlı yeni dərs vəsaiti çapdan çıxmışdır. Dərs vəsaitində Beynəlxalq humanitar hüququn mahiyyəti, məqsəd və prinsipləri, əməliyyatların aparılması, icazə verilən hərəkətlər, müharibələrdə silahlardan istifadənin qaydaları, qadağan edilmiş silahlar, qaydaların pozulmasına görə məsuliyyət, dövlətlərin qarşısında duran vəzifələr, BQXK-nin fəaliyyəti, məqsəd və prinsipləri və digər məsələlər öz əksini tapmışdır.
Dərs vəsaitdə əksini tapmış məsələlərin izahına daha çox praktik baxımdan yanaşılmış, materialların daha asan izah olunması üçün çoxlu nümunələr, çalışmalar, şəkillər və cədvəllər verilmişdir.
Dərs vəsaiti xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları, professor-muəllim heyəti və Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün nəzərdə tutulmuşdur.
Tanınmış alimin kitabı nəşr olundu
Tanınmış alimin kitabı nəşr olundu
Tanınmış alimin kitabı nəşr olundu
6-09-2020, 19:55
Geri dön