DataLife Engine / İmtahan nəticələrindən narazı olanların nəzərinə

İmtahan nəticələrindən narazı olanların nəzərinə

İmtahan nəticələrindən narazı olanların nəzərinə


14 və 21 avqust 2020-ci ildə keçirilmiş qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu aparılır.

“Qafqazinfo” xəbər verir ki, apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu sentyabrın 3-dək davam edəcək.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.
2-09-2020, 09:53
Geri dön