...bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
Yüksək Texnologiyalar Parkının sabiq direktoru, akademik Əli Abbasov AMEA prezidentinin innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri vəzifəsinə təyin olunub.
İnterAz-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.