DataLife Engine / Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin proaktiv xidmətlərinin sayı 90-na çatacaq

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin proaktiv xidmətlərinin sayı 90-na çatacaq


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin  proaktiv xidmətlərinin sayı 90-na çatacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran
hədəflərdən biri Nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə
elektron şəkildə həyata keçirməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, bu istiqamətdə ciddi işlər
görülür.
Xüsusi karantin rejimi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin ötən ildən başlayaraq elektronlaşma ilə bağlı həyata keçirdiyi
işlər öz müsbət nəticəsini verdi. Bu müddət ərzində vətəndaşlar evdən
çıxmadan, məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq
imkanı qazandı.
Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə
proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial
müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik
ödəmə ilə bağlı müraciələr də elektron qaydada qəbul edilib və ödəniş
aparılıb.
11-08-2020, 10:03
Geri dön