DataLife Engine / Prezidentin təltif etdiyi alim Muradov kimdir?

Prezidentin təltif etdiyi alim Muradov kimdir?

Prezidentin təltif etdiyi alim Muradov kimdir?


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şahbaz Musa oğlu Muradovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xeberleragetliyi.com xəbər verir ki, Şahbaz Muradov 10 avqust 1940-cı ildə Laçın rayonunun Xumarta kəndində dünyaya göz açıb.

Ş.Muradov təhsilini Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində davam etdirib. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərqlənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi işləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilib. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışıb.

Ş.Muradov 1965-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 1972-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 1977-ci ildə isə professor elmi adı alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
8-08-2020, 21:56
Geri dön