DataLife Engine / Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!”

Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!”


Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!”

Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib. Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar iclasında deyib.

O xatırladıb ki, xüsusi karantin dövründə marketlərə nə qədər insan daxil olur.

“Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə, yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”,-deyə F.Mustafa əlavə edib.

Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır: “Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.
6-08-2020, 11:32
Geri dön