DataLife Engine / Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY

Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY


Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin icrasında ən böyük profisit (büdcə qalığı) və ən böyük defisitin qeydə alındığı aylar bəlli olub.

Xeberleragentliyi.com məlumatına görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinə verdiyi rəydə yazılıb.

Ən böyük profisit məbləği 2 milyard 275,8 milyon manat olmaqla mart ayında müşahidə edilib.

Ən böyük kəsir isə 1 milyard 140,0 milyon manat olmaqla mayda qeydə alınıb.

Bildirək ki, 2020-ci ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb. Bu, proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur.

2020-ci ilin dövlət büdcəsi yanvar və mart aylarında profisitlə, fevral, aprel, may və iyun aylarında isə defisitlə icra edilib.

Qeyd edək ki, profisit büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan, defisit isə büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir.
6-08-2020, 09:49
Geri dön