DataLife Engine / Azərbaycanda koronavirusdan sağalanların sayı 700-ü keçdi - 318 yeni yoluxma

Azərbaycanda koronavirusdan sağalanların sayı 700-ü keçdi - 318 yeni yoluxma

Azərbaycanda koronavirusdan sağalanların sayı 700-ü keçdi - 318 yeni yoluxma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.
1-08-2020, 20:32
Geri dön