DataLife Engine / Bakıda avtomobil səkiyə çırpılıb yandı

Bakıda avtomobil səkiyə çırpılıb yandı

Bakıda avtomobil səkiyə çırpılıb yandı

Bakı şəhərinin Səbail rayonunda “Ford” markalı minik maşını səkiyə çırpılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan bir nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

30-07-2020, 09:36
Geri dön