DataLife Engine / "Sədərək" bazarında canlanma: ticarət mərkəzləri açılır?

"Sədərək" bazarında canlanma: ticarət mərkəzləri açılır?

"Sədərək" bazarında canlanma: ticarət mərkəzləri açılır?

Bakının "Sədərək" ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.

Xeberleragentliyi.com xəbər verir ki, ticarətçilərdən biri Hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.

Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.

Hazırda bəzi sahibkarlar vaxtaşırı "Sədərək"ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.

Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.
27-07-2020, 17:18
Geri dön