DataLife Engine / Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - REKORD SAYDA ÖLÜM

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - REKORD SAYDA ÖLÜM


Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - REKORD SAYDA ÖLÜM

Son 24 saatda Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Marja-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib (indiyədən ən böyük gündəlik ölüm sayı).

İndiyədək ölkədə ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505, ötən müddət ərzində isə ümumilikdə 544735 test aparılıb.

Xatırladaq ki, 08 iyulda 542 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
9-07-2020, 19:42
Geri dön