DataLife Engine / ADAU yüksək səviyyəli aqrar mütəxəssislər hazırlayır

ADAU yüksək səviyyəli aqrar mütəxəssislər hazırlayır


ADAU yüksək səviyyəli aqrar mütəxəssislər hazırlayır

Ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindən biri ölkə əhalisinin əzaq təhlükəsizliyinin yerli istehsal hesabına maksimum dərəcədə ödənilməsidir.Azərbaycan Respublikası Prezidentinin formalaşdırdıgı aqrar siyasətin əsasını rəqabət qabiliyyətli kənd təsərüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq və ekoloji təmiz məhsullarla xarici bazarlara çıxmaq, kənd təsərrüfatı ilə kənd yerlərinin tarazlı inkişafına nail olmaq təşkil edir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyini artırmaq,iri təsərüfatların yaradılması,yeni texnika və texnologiyaların tətbiqi,toxumçuluq və damazlıq heyvandarlıgı inkişaf etdirmək,kooperasiya və inteqrasiya əlaqələrini genişləndirmək,kəndin sosial infrastrukturunun inkişafını təmin etmək və digər məsələlər prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.

Aqrar sahədə ugurların əldə olunmasında,əhalının ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində,bu sahənin ali təhsilli mütəxəssislərlə təmin olunması habelelmi təminatının yaxşılaşdırılması dövlətın aqrar siyasətində başlıca yer tutur.

Təkcə 2016-2017 ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti üçün iki yeddi mərtəbəli tələbə evinin tikintisi,istifadəyə verilməsi və hər iki tələbə evinin açılışında cənab Prezidentin iştirakı bu təhsil müəssisəsində böyük ruh yüksəkliyi yaratmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 yanvar 2019- cu l tarixli Sərancamına əsasən ADAU-nun yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı üçün Kənd Təsərrüfatı Nazirliyinə 14 milyon 245 min manat vəsait ayrılıb.Qeyd edim ki,3000 nəfərlik yeni tədris korpusunun,300 nəfərlik aqrar peşə yönümlü peşə məktəbinin,biotexnologiya mərkəzinin tikintisi vəs.görülən işlərin bir hissəsidir.Bu gun Aqrar Universitet nəinki MDB məkanında eləcə də Şərqi Avropada bütün mənalarda irəlidə gedən universitetlərdən biridir.

Universitetin rektoru,AMEA-nin müxbir üzvü,professor İbrahim Cəfərovun söylədiyi kimi”Qazanılan bütün ugurlarda minnətdarlıgın tək ünvanı möhtərəm cənab Prezidentdir.” Heç təsadüfü deyil ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 may 2020-ci il tarixində”Siqnifu” şirkətinin MDB üzrə baş meneceri Erik Benedetti və digər nümayəndələri ilə keçirilən videokonfransda söyləmişdir:”Aqrar sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd

təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdıgını görürük.

Azərbaycan Dövlət Aqrar Universiteti (keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) respublikamızın ali təhsil müəssisələri arasında çox qədim tarixə malikdir. 1920-ci il noyabrın 26-da Bakı Politexnik İnstitutu, dekabrın 18-də bu institutun nəzdində 5 fakultə: neft-mədən, elektromexanika, mühədis-inşaat, iqtisadiyyat, həmçinin kənd təsərrüfatı fakultəsi yaradılır və bununla da ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılır.

Kənd təsərrüfatı fakultəsinin təşkili Azərbaycan xalq mədəniyyətinin inkişafı tarixində çox mühüm mərhələ olmaqla, Azərbaycanda yalnız ali kənd təsərrüfatı təhsilinin başlanğıcı tarixi kimi qalmır, eyni zamanda respublikada kənd təsərrüfatı elminin yaranmsı və təşkilinin başlanğıcı kimi tarixə daxil olur.

1979-cu il noyabrın 15-də, o illərdə Azərbaycanın rəhbəri olmuş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yüksək ixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə institut SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edildi. Bir qrup əməkdaşlar fəxri adlara və dövlət mükafatlarına layiq görüldü. 1980-ci il dekabrın 16-da Gəncədə, keçmiş “Bakı” kinoteatrında, Moskvadan, Bakıdan, Gürcüstandan və və digər ölkələrdən yüksək səviyyəli qonaqların iştirakı ilə yubileyə həsr olunmuş təntənəli yığıncaq keçirildi. Yubileydə o dövrdə Azərbaycan KP Mərkəzi komitəsinin birinci katibi vəzifəsində işləyən Heydər Əliyevin Azərbaycan kəndinin, xüsusən AKTİ-nin yarıməsrlik fəaliyyətinin ayrı-ayrı mərhələlərindəki uğurlarını əks etdirən proqram əhəmiyyətli nitqi indi də univesitet kollektivinin hər bir üzvünün qəlbində yaşayır. Ulu Öndərimiz Sovetlər İttifaqının rəhbərliyi adından ordeni institutun kollektivinə təntənəli şəraitdə təqdim etdi və nitqində dedi: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksək ixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdlır”.

Ulu Öndərin bu tapşırığı indi də layiqincə yerinə yetirilir, aqrar sektorun perspektivləri hazırkı şəraitdə universitetin kollektivi qarşısında daha gərgin işləmək tələbatı yaradır.

Bu gün ADAU-nun 6 fakultə 32 kafedrasında bakalavriat, magistratura və doktorantura səviyyələrində 34 ixtias və 72 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır. Onların tədrisi ilə təqribən 500-dən çox professor-müəllim heyəti məşğul olur.

Son illər universitet çox inkişaf edib. Hazırda 400-650 arasında bal toplamış abituriyentlər arasında ADAU-nu seçənlərin sayı xeyli artmışdır. Bu onunla əlaqədardır ki, universitetdə bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxsaylı mərkəzlər, müasir avadanlıqlarla təchiz edilmiş audotoriya və laboratoriyalar, nümunəvi yataqxanalar yaradlmışdır. Bununla yanaşı universitetdə vaxtaşırı olaraq müxtəlif mövzularda müsabiqələr, yarışlar, sərgilər keçirilir, tələbələr layihələrdə iştirak edir qaliblər maddi və mənəvi cəhətdən mükafatlandırılırlar.

ADAU-da təhsilin beynəlmiləşməsi, beynəlxalq əmək bazarının tələblərinə cavab verən, o cümlədən BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq qurumlarla çalışmaq üçün mütəxəssis hazırlığının həyata keçirilməsi məqsədilə “aqronommluq”, “iqtisadiyyat”, “torpaqşünaslıq”, “baytarlıq” ixtisasları üzrə tədris ingilis dilində aparılır. Xarici dillərdə tədris aparan müəllimlərin sayı artırılaraq, onların pedoqoji fəaliyyəti stimullaşdırılmışdır. Digər müəllimlər üçün ödənişsiz ingilis dili kursları yaradılıb ki, onlar daha mükəmməl dil bacarıqlarına yiyələnsinlər.

Bütövlükdə, universitetdə beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığna əlavə dəstək məqsədilə universitet Elmi Şurasının qərarı ilə ingilis bölməsində təhsil alan tələbələrə büdcədənkənar vəsait hesabına ayda 70 manat əlavə təqaüd verilir.

Universitetdə kənd təsərrüfatı yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığı dövlət sifarişi əsasında apaırlır, tələbələr təhsil haqqından azad olunmaqla yanaşı, aylıq təqaüdlə təmin olunurlar.

Son illər ADAU-nun maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması tədris və elmi-tədqiqat işlərinin keyfiyyətinə təsir etməklə yanaşı, fermerlərə məsləhət xidmətlərinin göstəriləməsinə geniş imkanlar yaratmışdır. Bu məqədlə universitetin nəzdində “Aqrar məsləhət xidməti” yaradılmışdır.

Universitetin ABŞ, Fransa, Almaniya, Rusiya, Polşa, Macarıstan, Türkiyə, Niderland və MDB ölkələrinin ali kənd təsərrüfatı universitetləri ilə tədris və elmi əlaqələri var. Bu əlaqələrə uyğun olaraq beynəlxalq konfranslar, simpoziumlar və digər yığıncaqlar keçirilir. Xarici dövlətlərin universitetlərindən burada mühazirə oxumaq üçün alimlər dəvət olunur, elmi-tədqiqat işlərinin aparılması üçün birgə əməkdaşlıq layihələri həyata keçirilir.

Dünyanın 20-dən artıq ölkəsinin 100-dən artıq universiteti ilə əməkdaşlıq edən ADAU, Almaniyanın aqrar sahə üzrə kadr hazırlığı ilə məşğul olan 10-a yaxın ali təhsil müəssisəsi ilə geniş ikitərəfli əlaqələr qurub. Bu universitetlərə Münhen Texniki Universiteti, Vaynştefan Trizdorf Tətbiqi Elmlər Universiteti, Qrayfsvald universitetini misal göstərmək olar. Bundan başqa tələbələrin praktik bilik və bacarıqarının artırılması məqsədilə ADAU Almaniyanın bir neçə təcrübə təşkilatları ilə də əməkdaşlıq edir.

Tələbələrin müasir tələblərə cavab verən səviyyədə təhsil almaları üçün tədrisin bir neçə dildə təşkil olunması bizim xarici ölkələrə çıxmağımıza kömək edir və qeyd edim ki, bakalavr səviyyəsini bitirən tələbələr magistr təhsilini xarici ölkələrdə də davam etdirə bilirlər. Məzunların əksəriyyəti işlə təmin olunub. Iş yeri ilə bağlı çətinliklərimiz yoxdur hətta xaricdə çalışan məzunlarımız var.

Bütün bunlar təbii ki, tədrisin müxtəlif dillərdə aparılması, tələbələrin kompyuter biliklərinin artırılması hesabınadır.

Bir faktı da qeyd edim ki, 10 il əvvəlki tələbələrlə müqayisədə indiki tələbələrimiz daha güclüdür, bu da tədris bazamızın zənginliyi ilə bağlıdır. Aqrar sahədəki bütün yenilikləri, universitetə gətirməyə çalışırıq. Dövlətin dəstəyi ilə universitetdə yaradılmış şərait tələbələlərin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradıb.Bu məqsədlə tələbələr tərəfindən təqdim edilən layihələr ekoloji kənd təsərrüfatı məhsullarının marketinqi, bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması,torpaq sensoru,istixanalarda istehsalın təşkili,əlverişli kultivasiya mexanizmi,steril ştil vəs.istiqamətləri əhatə edir və qalib tələbələrə universitet rəhbərliyi tərəfindən sertifikatlar və pul mükafatı təqdim olunur.

Hazırda ADAU-da kənd təsərrüfatının müxtəlif sahələri üzrə 6 minədək tələbə təhsil alır. Əcnəbi tələbələrin sayı artmaqdadır. Əsasən Türkiyə,Konqo Gürcüstan,İran,Rusiya,Somali,Malayziya,Qazaxıstan və Lesoto Krallıgından olan tələbələr daha çox baytarlıq və əczaçılıq ixtisasına yiyələnirlər. Onlar seçdikləri ixtisasa mükəmməl yiyələnmələri ilə yanaşı,Azərbaycanın milli adət -ənənələrini hətta azərbaycan dilinə maraq göstərərək bu dili də mənimsəyirlər.Universitetdə təhsilin keyfiyyətinin yüksəlməsi ,beynəlxalq akreditasiyadan keçmiş ixtisasların olması,tədrisin bir neçə dildə təşkili, müasir tipli yataqxana kompleksi,vəs. əcnəbi tələbələrin buraya maragını artırmışdır.

Aqrar Universitetin tədris-təcrübə təsərrüfatı nəinki yerli qonaqları,o cümlədən Fransa,Almaniya,Polşa,Qazaxstan,ABŞ və s. ölkələrdən gələn rektorları,təhsil işçilərini,bir sıra ölkələrin səfirlərini təccübləndirə bilmişdir. Burada 80 hektarlıq ərazidə tələbələrin praktiki vərdişlərə yiyələnməsi üçün bugda,arpa, qargıdalı ,yonca,üzüm, kartof vəs. bitkilər üzrə təcrübələr qoyulur, 40 başlıq iri buynuzlu mal-qara,120 baş qoyun, at saxlanan heyvandarlıq kompleksi,kəsim sexi,keyfiyyət təyini labaratoriyaları ,qış və yay auditoriyaları fəaliyyət göstərir.

2019-cu ildə AMEA-nın müxbir üzvü,professor İbrahim Cəfərovun təşəbbüsü və təşkilatçılıgı ilə ADAU TV yaradılmışdır,məqsəd izləyiciləri yeni elmi düşüncə və texnoloji vərdişlərə uygun marifləndirmək,aqrar sahə,aqrar elm və təhsillə baglı cəmiyyətimizin informasiyaya olan tələbatını ödəməkdir. 2019-cu ildə istifadəyə verilən ADAU TV internet televiziyası ən müasir avadanlıqlarla təchiz olunub. Pandemiya dövründə dərslərin ADAU-TV vasitəsilə keçirilməsi tələbələrlə yanaşı, bu sahə ilə maraqlanan digər şəxslərin,fermerlərin də onlayn dərsləri izləməsinə imkan vermişdir.

Son bir ildə 4 dəfə universitetdə olan Kənd Təsərrüfatı Naziri Inam Kərimov təhsil ocagının maddi-texniki bazasının möhkəmləndirilməsi işində yaxından iştirak etmişdir. Kənd Təsərrüfatı naziri Inam Kərimov vəTəhsil naziri Ceyhun Bayramovun iştirakı ilə 2019- cu il aprelin 8-də”2019-2023 cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramının tələbləri istiqamətində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru

Necdet Budaq tərəfindən ikili diplom proqramının təsis olunmasına dair protokol imzalanmışdır. 6 fakultə, 32 kafedra,43 labaratoriya,450 manatadəktəqaüd,ikili diplom,türk,rus ,alman və ingilis dillərində təhsil,1034nəfərlik tələbə evi,zəngin kitabxana,idman kompleksi,müasir yeməkxana bütün bunlar onu göstərirki, ADAU-da yüksək ixtisaslı kadrların hazırlanması üçün hər bir şərait yaradılıb.

ADAU-da son illərdə bir sıra Dövlət Proqramları ugurla icra olunub, Avropanın təhsil məkanına inteqrasiya istiqamətində tədbirlər həyata keçirilib bir neçə dildə tədrisin təşkili,şəffaflıgın təmin olunması,beynəlxəq əlaaqələrin genişləndirilməsi və s. bütün göstəricilər üzrə universitetin reytinqini artirmaqla,ən yüksək bal toplamış tələbələrin məhz bu univrsiteti seçərək qəbul olunmasına şərait yaratmışdır.

Azərbaycanın və Qafqazın ən böyük təhsil ocagı olan ADAU-nun yerləşdiyi tarixi bina Azərbaycan Xalq Cümhuriyyətinin ilk iqamətgahı olmuşdur. Burada təhsil almaq,çalışmaq bu baxımdan da qürurvericidir. Cümhuriyyətin qurucuları vaxtilə burda elm, təhsil,ordu quruculugu sahəsində mühüm addımlar atmışdır vəbu gün bu işlər ugurla davam etdirilir.Qeyd etmək yerinə düşər ki, 2020-ci il dekabrın 14-də zəngin tarixi ənənələrə malik bu qocaman ali təhsil ocagının yaradılmasının 100 ili tamam olur

Aynur Həsənova

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti,

aqrar elmlər üzrə fəlsəfə doktoru
2-07-2020, 23:26
Geri dön