DataLife Engine / AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı TƏBİB-dən açıqlama

AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı TƏBİB-dən açıqlama

AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı TƏBİB-dən açıqlama
Samir Nemətzadə reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərina uyğundur.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən AzTV-nin əməkdaşı Samir Nemətzadənin yayılan səs yazısı ilə bağlı deyib.

“S. Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daxil olarkən pasiyentin diaqnozu: kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı. Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S. Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.

Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərina uyğundur”, - deyə R. Əliyeva bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə AzTV-nin əməkdaşı Samir Nemətzadənin xəstəxanada müalicə alan zaman ailəsinə göndərdiyi səs yazısı yayılıb. S.Nemətzadə xəstəxanada yer, tualet və su olmamasından, xəstələrə baxılmamasından şikayət edib

2-07-2020, 15:15
Geri dön