DataLife Engine / İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb

İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb

İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb


İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Respublika fənn olimpiadaları və beynəlxalq müsabiqələrin qalibi olmuş şagirdlərlə onlayn görüşüb. O, məktəbliləri təbrik edib, onlara təhsillərində daha böyük uğurlar arzulayıb. Rayon rəhbəri möhtərəm Prezident İlham Əliyevin təhsilə xüsusi qayğısından, bu sahədə aparılan islahatlardan danışıb.

Məktəblilər öz növbələrində təhsildəki uğurlarından söz açıb, gələcək planları haqqında məlumat verib.

Xatırladaq ki, sözügedən qaliblər fənn olimpiadalarından əlavə Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqələr, o cümlədən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat”, “Virtual əlaçı”, “Pəncərəmdən açılan mənzərə” və “Təhlükəsiz İnternet günü” layihələrində iştirak ediblər. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Fövqəladə Hallar uşaqların gözü ilə”, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş ağır atletika üzrə Respublika çempionatında da uğur qazanıblar.

Virtual görüşdə İsmayıllı Rayon Təhsil şöbəsinin müdiri Rövşən Əliyev də iştirak edib. Görüşdən sonra rayon icra hakimiyyəti və təhsil şöbəsinin əməkdaşları karantin qaydalarına əməl edərək, qalib şagirdlərə evlərində diplom və hədiyyələr təqdim ediblər.
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
İsmayıllının icra başçısı qalib məktəblilərlə görüşüb
26-06-2020, 13:01
Geri dön