DataLife Engine / Əməkdar artist: "Maddi imkanım çatmır, açdığım bulaqları dövlətə verəcəyəm" - VİDEO

Əməkdar artist: "Maddi imkanım çatmır, açdığım bulaqları dövlətə verəcəyəm" - VİDEO

Əməkdar artist: "Maddi imkanım çatmır, açdığım bulaqları dövlətə verəcəyəm" - VİDEO



“Qobustan rayonunun Çüxanlı kəndinə getdim. Ora yollanmağımın səbəbi açdığım 12 bulağın su və motor problemlərini həll etmək idi. Şəhidlər bulağını görəndə dəli oldum. Zamanımın azlığından oradakı otları təmizləməyə imkan olmadı. Kəndin camaatına efir vasitəsilə üzümü tutub deyirəm ki, nəyə görə orada bir dənə də olsa gül əkməmisiniz? Hamısını mən gəlib etməliyəm?

Vaxt tapıb, kəndimizə gedəcəyəm, canım çıxacaq, oranı həm təmizləyib, həm də gül əkəcəyəm. Amma kəndimizin camaatının laqeyd münasibətini görəndə çox təəsüflənirəm. Siz şəhidlər bulağının qarşısına çıxanda orada otları görəndə ürəyiniz sızlamır? Demirsiniz ki, başqa bir şey edə bilməsək də, heç olmasa, otları təmizləyək? Məni öldürən bu məqamlardır. Heç nə istəmirəm ki… Bunları edin də, adi işdir”.

Oxu.Az xəbər verir ki, bunları bu gün 47 yaşını qeyd edən Əməkdar artist Elnarə Abdullayeva ATV kanalında yayımlanan “Şou ATV” proqramında deyib.

Beş il əvvəl may ayında 12 bulaq açan sənətçi maddi vəsaiti yetərli olmadığından bulaqları dövlətin nəzarətinə verəcəyini açıqlayıb:

“Çox vaxt mənə deyirlər ki, bu, sənə lazım deyil. Niyə buna görə özünü öldürürsən? Başını bir az sakit saxla. Amma içimdəki qeyrət hissi mənə imkan vermir ki, bu məsələlərə gözümü yumum. Gedib belə şeyləri görəndə bağrım çatlayır, ölürəm. Ürəyim partlayır ki, kəndimizin camaatı niyə şəhidlər bulağını bu vəziyyətdə saxlayır?

Bu dörd ildə niyə bir dənə gül əkmədiniz? Mən, bədbəxtin qızı, hansını edim? Motoru, böyük transformatoru var, bulaqları nəzarətdə saxlayıram. Tək canımla nə qədər baxacağam? Həqiqətən, artıq maddi imkanım çatmır bulaqları saxlmağa. Dövlətin nəzarətinə vermək istəyirəm. Yollar bağlı olduğundan, zamanında gedib, ora dəyə bilmirəm”.
17-06-2020, 22:05
Geri dön