DataLife Engine / Cabir İmanov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Yalan xəbərlərə inanmayın”

Cabir İmanov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Yalan xəbərlərə inanmayın”

Cabir İmanov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Yalan xəbərlərə inanmayın”


Koronavirusa yoluxan və iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı Əməkdar artist Cabir İmanov paylaşım edib.

Xeberleragentliyi.com xəbər verir ki, aktyor insanları həmkarının səhhəti ilə bağlı bir çox KİV-də yayılan xəbərlərə inanmamağa çağırıb.

“Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir “sayt”, “informasiya agentlikləri”, “məlumatçı bloqerlər”, operator “həkimlər”ə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən “adamlara” fikir verməyin. Təşəkkürlər!”, - deyə Cabir İmanov bildirib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir
16-06-2020, 20:28
Geri dön