DataLife Engine / Tramp ABŞ-da baş verənləri terror aktı kimi qiymətləndirdi

Tramp ABŞ-da baş verənləri terror aktı kimi qiymətləndirdi


Tramp ABŞ-da baş verənləri terror aktı kimi qiymətləndirdi

“ABŞ-dakı etirazlar qanuni sayıla bilməz və terror aktı kimi dəyərləndirilməlidir”.

“İnterfaks” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti açıqlama verib.

ABŞ vətəndaşlarına müraciət edən Donald Tramp problemləri həll edəcəyinə söz verib: “Biz 100 faiz bacaracağıq. Birləşmiş Ştatlar həmişə qalib gəlir”.

Prezident vurğulayıb ki, iğtişaşların iştirakçılarını və təşkilatçılarını uzunmüddətli həbsxana həyatı gözləyir.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalının polis zorakılığı nəticəsində ölümündən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

2-06-2020, 12:14
Geri dön