DataLife Engine / İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif

İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif

İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif

Milli Məclisin plenar iclasında çıxış edən deputat Əli Məsimli vətəndaşların sosial vəziyyəti ilə bağlı təkliflərini səsləndirib. “Təklif edirəm ki, aidiyyatı qurumlar aprel və may ayları üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”-Ə.Məsimli bidlirib.

Deputat qeyd etdi ki, bu məsələnin həllini tapması vacibdir: “Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır”.

Ə.Məsimli çıxışında regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif edib.

Qeyd edək ki, koronavirusla bağlı 190 manatlıq birdəfəlik ödənişlər aprel və may ayları üçün nəzərdə tutulub. /Musavat.com

31-05-2020, 13:57
Geri dön