DataLife Engine / Qərar verildi: İyunun 1-dən etibarən...

Qərar verildi: İyunun 1-dən etibarən...

Qərar verildi: İyunun 1-dən etibarən...

Türkiyədə iyunun 1-dən etibarən daxili uçuşlar bərpa olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, daxili reyslərdə ilk uçuşlar İstanbuldan Ankara, İzmir, Antalya və Trabzona həyata keçiriləcək. Digər hava limanlarından uçuşlar mərhələli şəkildə bərpa olunacaq.

Nazir, həmçinin qeyd edib ki, ölkənin bütün hava limanlarında yeni növ koronavirus infeksiyasının qarşısını almaq üçün tədbirlər görülür. Sərnişinlərin və işçilərin sağlamlığı üçün hava limanlarının işinə yenidən baxılıb və müvafiq sertifikatlar verilib.
30-05-2020, 18:31
Geri dön